Misir Mərdanov: "Nə gücüm varsa..."

img

06-03-2021 [14:43]


“Yeni Azərbaycan Partiyası Siyasi Şuranın ləğv edilməsi ilə heç nə itirməz”.

Bunu Yeni Azərbaycan Partiyasında (YAP) yeni yaradılan Veteranlar Şurasının üzvü, sabiq Təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdanov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən qərarları yüksək qiymətləndirir: “Hər birinin xeyirli olmasını diləyirəm. Mən də Veteranlar Şurasında təmsil olunuram. Nə gücüm varsa, bacardığım qədər partiyanın işinə kömək etməyə hazıram”.

M.Mərdanov hesab edir ki, YAP-ın nəzdində Veteranlar Şurasının yaradılması lazımlı məsələ idi: “Ümid edirəm, bu şura Azərbaycan cəmiyyətinə, gəncliyinə xeyir verəcək. Hər birimiz partiyanın rəhbərliyi altında birləşib vətənimiz üçün əlimizdən gələni etməliyik. Fikrimcə, Siyasi Şuranın ləğv edilməsi ilə də partiya heç nə itirməz. Çünki İdarə Heyətinin tərkibi genişlənib, eyni zamanda Veteranlar Şurası yaradılıb, yəni yetərincə lazım olan hər şey var”/Pravda.az

Xatırladaq ki, dünən YAP-ın VII qurultayı keçirilib, partiyanın Siyasi Şurası və İcra Katibliyi ləğv olunub, yeni aparat yaradılıb. Eyni zamanda, İdarə Heyətinin tərkibi ciddi şəkildə dəyişdirilib.

MiaAz


Digər xəbərlər
SON XƏBƏRLƏR