İqtisadçıdan komitə sədrinə açıq sual: "Bu məsələdə mübahisəyə yer yoxdur, sual budur ki..."
06-03-2021 [12:10]
"Gömrük Komitəsi sədrinin mətbuat konfransındakı çıxışına baxdım. İqtisadi təhlilçiləri aşağılayan ifadələr işlətdi. Açığı, "Komitənin 700 mln. manat kəsiri var, yoxlama gedir" kimi xəbərləri hansı ekspertin səsləndirdiyini ilk dəfə eşitdim - DGK sədri deyəsən bu xəbərlərə çox qəzəbliydi deyə iqtisadçıları hədəfə aldı. Amma orda bir fikir işlətdi ki, bəzi ekspertlər gömrük yığımlarının artımını devalvasiya ilə əlaqələndirir. O, bunu da Komitənin uğurlarını kiçiltmək kimi yozdu".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun sözlərinə görə, bu, bəlkə başqa təhlilçilərin də analizlərində yer alıb, amma o da devalvasiyanın gömrük yığımlarına təsiri ilə bağlı bir neçə dəfə yazıb:
"Ona görə bu məsələ ilə bağlı bəzi məqamlara toxunmağa ehtiyac duydum.
Devalvasiyanın gömrük yığımlarına təsirini kimsə dana bilməz - bu məsələdə mübahisəyə yer yoxdur, sadə riyazi hesablamalardı.
Xarici ticarət xarici valyuta ilə (əsas etibarı ilə ABŞ dollar ilə) aparılır, rəsmiləşdirmə gününə Mərkəzi Bankın məzənnəsi ilə milli valyutaya çevrilərək gömrük vergi və rusumları hesablanır. Məsələn, 2014-cü ildə 9.2 mlrd. dollarlıq idxal manat ifadəsində 7.2 mlrd. manat idi, amma tutaq ki, 2018-ci ildə 9.2 mlrd. dollarlıq idxal olur 15.7 mlrd. manat. Aydın məsələdir ki, vergi və rusum dərəcələrinin sabit qaldığı şəraitdə 2014-də 1.5 mlrd. manatlıq yığım 2018-də ən azından 3 mlrd. manat olmalıdır. Amma əlbəttə "ağarma" olduğu halda toplanan gömrük yığımlarının həcmi daha çox artar.
Komitə sədri devalvasiyanın təsirini mümkün saydığı üçün müqayisəni 2015-ci illə yox, 2018-ci illə aparmağı təklif edir. Devalvasiyadan əvvəlki dövrlə müqayisə aparsaq, 2018-ci ildə idxalın ümumi dəyərinin vergiyə cəlbolunma əmsalı ilə 2014-cü ilin göstəricisi eyinidir".
Ekspert bildirib ki, 2014-2018-ci illərdə gömrük yığımlarının artımı birmənalı olaraq manatın dəyərsizləşməsi ilə bağlıdır:
RÖVŞƏ AĞAYEV
"Lakin 2019-cu ildə 2018-ci illə müqayisədə təxminən 1 miyard manatlıq artım təbii ki, devalvasiyanın hesabına deyil. Bəs nəyin hesabınadır?
1-ci amil odur ki, son illər idxal üçün aksiz dərəcələri kəskin artırılır. 2017 ci ilə nisbətən aksizlərdən daxilolmaların 3 dəfəyə yaxın artımı da bunu təsdiq edir.
2-ci bir amil də var, amma DGK 1 suala dəqiq cavab versə, həmin amillə bağlı öz versiyamı yazacam.
Sual budur: niyə 2017-ci ilədək Comtrade bazasına əsasən "güzgü statistikası"nda Azərbaycan tərəfinin göstərdiyi idxal xarici tərəfdaşların göstərdiyindən ən azı 35-40% az olurdu, amma 2018-ci ildən başlayaraq, əksinə Azərbaycan tərəfinin göstərdiyi az qala 25-30% çox görsənməyə başladı?!".
Mia.az
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)