Türkiyənin nəzarətində olan Suriyanın iki bölgəsi eyni anda raket atəşinə tutuldu: 3 mülki şəxs ölüb, 28-i yaralanıb - FOTOLAR

img

06-03-2021 [00:27]


Türkiyənin nəzarətində Suriyanın Cerablus rayonunun Hamran bölgəsi ilə Bab qəsəbəsinə axşam saatlarında eyni anda raket zərbələri endirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, raketlərin hansı qüvvələr tərəfində atıldığı dəqiqləşməsə də, çoxsaylı ölü və yaralıların olduğu bildirilir.

İlkin məlumata görə, hadisə nəticəsində ən azı 3 mülki şəxs həlak olub, 218 yaralı var.

Qeyd olunur ki, ölən və yaralananların sayının artma ehtimalı çoxdur.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA