"Yalnız bir adam ayırıblar ki, “dədə-baba qaydası” ilə zənglərə cavab versin..." - Qulu Məhərrəmlidən İnstitut rəhbərliyinə sərt ittihamlar
05-03-2021 [17:49]
“Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə “Facebook”-da yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma problemi həll etmədi. Mövzunun həssaslığını anlayan Dilçilik İnstitutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış xəttin 5380637 şəhər nömrəsini tez-tələsik əlaqə telefonu kimi işə salıb. Amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər”.
Bunu professor Qulu Məhərrəmli “Facebook”-dakı hesabında yazıb.
Onun sözlərinə görə, sadəcə, bir adam ayırıblar ki, iş saatlarında “dədə-baba qaydası” ilə zənglərə cavab versin. Amma saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir.
“Daha bunun nəyi “qaynar xətt” oldu?”- deyə professor sual edir.
Q. Məhərrəmli daha sonra bildirir ki, bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə yanlış məlumat verir: “İki gün əvvəl qurumun saytı Dilçilik İnstitutna istinadən belə bir məlumat yayıb ki, “qaynar xəttin fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “qaynar xətt” anlayışından xəbərsizdirlər, ya da Ana dilinə gerçək münasibətləri elə budur”.
Professor xatırladır ki, dünyada, xüsusən dil qurumları olan ölkələrdə “qaynar xətt” müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir.
“Ona görə bizdə də Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda xüsusi maddə (6.1.5) ilə Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması vacib hesab olunub. Və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.
Təəssüf ki, indi bu işə cavbdeh olan İsa Həbibbəyli və Möhsün Nağısoylu kimi kal akademiklər ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər”.
Qulu Məhərrəmli qeyd edir ki, bir aydan çoxdur, problemin ictimailəşməsinə baxmayaraq, bu adamlar elektron sistem kimi “qaynar xətti”in bərpası üçün heç bir addım atmayıblar, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar.
“Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Ona görə də belə hesab edirəm ki, “Qaynar xətt”in serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məhz İ.Həbibbəyli və M.Nağısoylu kimilərinin məsuliyyətsizliyinin nəticəsi, onların Ana dilinə qəsdidir.
Heç nə yarada bilməyənlərin mövcud olanları rahatlıqla dağıtması bir dərddir, onların cəzasız qalması isə tamam başqa dərddir!“-deyə professor vurğulayıb. AzPolitika.info
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"