İnfeksionist: "Qapanmaya getmək istəmiriksə, bayramlarda evimizdə oturaq”
05-03-2021 [13:15]
"İnsanların yoluxma artan zaman baş verə biləcəklərlə bağlı müəyyən təcrübələri var. Biz ölkə olaraq üç dəfə qapanmaya getmişik və sonradan yoluxma sayı enib və yumşaldılmalar olub".
Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib
Onun sözlərinə görə, hər dəfə karantin rejimi yumşaldıldıqdan sonra yoluxma sayında artımlar müşahidə edilir:
"Son bir həftədə yoluxmanın artmasını müşahidə edirik. Yoluxma sayı 300-dən yuxarıdır. Qarşıdan da bayram günləri gəlir. Düzdür, adət-ənənələrə görə bayramlar həmişə qeyd olunur və olunmalıdır. Amma hamımız başa düşməliyik ki, bütün dünyada pandemiyadır. Bayram günlərində çox ehtiyatlı davranmaq lazımdır. İmkan daxilində qonaq getməkdən çəkinməliyik. Qapalı məkanlara çox üz tutmamalıyıq. Pandemiya ilə ayaqlaşmalı və məsuliyyətli olmalıyıq. Əgər biz bayramdan sonra sərt karantin dövrünü yaşamaq istəmiriksə, bayram günlərində əks-epidemik tədbirlərinə riayət etməliyik".
"Virusun olduğunu unutsaq, gediş-gəliş çox olsa, bayramdan sonra çox güman yoluxma daha da artacaq. Bu da ciddi qapanmalara getməyi, "SMS icazə" sisteminin bərpasını labüd edəcək. Bu qapanmalar da psixologiyamıza təsir edəcək. Bu səbəbdən əvvəlcədən baş verəcəkləri anlamalı və təhlükənin qapıda olduğunu unutmamalıyıq. Qapanmaya getmək istəmiriksə, bayramlarda zəhmət çəkək hamımız evimizdə oturaq”, - ekspert vurğulayıb/Report.
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama