22-12-2013 [23:17]
Vladimir Putinin 50 milyard dollar sərf etdiyi Soçi Qış Olimpiadası Rusiya diktatorunun əleyhinə işləməyə başlayıb. Əslində, 2014-cü ilin Qış Olimpiya Oyunları Putinin üçüncü dəfə prezident kürsüsünə oturmasından sonra daha da korlanan imicinin bərpasına xidmət etməli idi. Ancaq son günlər baş verənlər göstərir ki, hadisələr Kremlin nəzərdə tutduğunun əksinədir. Yəni, dünyanın aparıcı ölkələrinin liderləri bir-birinin ardınca Soçi Qış Olimpiadasına qatılmayacaqlarını açıqlayırlar.
Bununla bağlı ilk boykot xəbəri Almaniyadan gəldi. Bu ölkənin prezidenti Yoaxim Qauk Soçiyə getməyəcəyini açıqlayan kimi, Putinin 50 milyard dollarlıq layihəsi digərləri tərəfindən də boykot olunmağa başladı.
Almaniya prezidentinin ardınca Avropa Komissiyasının vitse-prezidenti Vivian Redinq də Soçi Qış Olimpiadasını boykot edəcəyini açıqladı. Avropa Birliyinin ikinci şəxsi olan Vivian Redinq Almaniya prezidentindən fərqli olaraq, bu addımını Rusiyada insan haqlarının, o cümlədən də cinsi azlıqların hüquqlarının pozulmasının dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi ilə izah etdi.
Bu iki siyasətçinin Soçi Qış Olimpiadasını boykot etmələri məlum olan kimi, Qərb liderləri də Putinin 50 milyard dollar sərf etməyə hazırlaşdığı və böyük önəm verdiyi bu tədbirə qatılmayacaqlarını açıqlamağa başladılar.
Fransa prezidenti Fransua Ollandın Soçi Qış Olimpiadasını boykot edəcəyi məlum olduqdan sonra bütün diqqətlər Vaşinqtona yönəldi. Qərb mediası ABŞ prezidentini olimpiadanın açılış mərasiminə qatılmaq-dan çəkindirmək üçün güclü təbliğata başladı.
Ağ Evin idmanın siyasətin əsirinə çevirilməsinin əleyhinə olması haqqında ikibaşlı açıqlamasından sonra bəzilərində belə təəssürat yaranmışdı ki, ABŞ prezidenti Barak Obama bu tədbirə qatıla bilər. Lakin bir neçə gün öncə Vaşinqtondan da Putini məyus edəcək xəbər gəldi. Məlum oldu ki, Putinin rusların bo-ğazından kəsib 50 milyard sərf etmək istədiyi Soçi Qış Olimpiadasının açılış mərasiminə nəinki ABŞ prezi-denti Barak Obama, hətta vitse-prezident Co Bayden də qatılmayacaq.
ABŞ mediası isə konqressmenlərdən də kimsənin bu tədbirə qatılmaması istiqamətində təbliğatını da-vam etdirir. Almaniya, Fransa və ABŞ kimi aparıcı ölkə liderlərinin mövqeyi məlum olduqdan sonra, Avropanın kiçik dövlətlərinin rəhbərləri də hərəkətə gəldilər və artıq Litva prezidenti Dalya Qribauskayte də boykot qərarı verib.
Lakin bu da son deyil. Polşa prezidenti Bronislav Komorovski də Soçi Qış Olimpiadasının açılışına qatılmayacaq.
Putinin 50 milyard dollarlıq tədbirinə qatılmaq istəməyənlərin sırasının qarşıdakı günlərdə daha da genişlənəcəyi gözlənilir. Bu isə Rusiyada isterikaya səbəb olub. Moskvada gözəl anlayırlar ki, Qərb, Rusiyanı təcrid siyasətini işə salıb və bu, çox təhlükəli fəsadlar verə bilər. Bu səbəbdən də rəsmi Moskva bü-tün diplomatik imkanlarını işə salaraq, 50 milyard dollarlıq layihənin Putinin əleyhinə işləməsinin qarşısını almağa çalışır.
Rusiya ilə Almaniyanın mövqe savaşı başlayıb
Bir neçə il əvvəl Rusiyanın qaz nəhəngi "Qazprom"un Avropa bazarlarını ələ keçirməsində Moskvanın ən yaxın müttəfiqi olan Berlin indi siyasətini kəskin şəkildə dəyişib. Rusiya Avropanın enerji bazarlarını ələ keçirmək üçün son illər iki iri layihə həyata keçirib. "Şimal axını" və "Cənub axını" adını almış Rusiya qazını Avropa bazarlarına çıxaracaq qaz kəmərlərinin həyata keçməsində Almaniyanın böyük rolu olub. Ukraynadan yan keçməklə Rusiya qazını Avropa bazarlarına çıxaracaq və illik ötürücülük gücü 63 milyard kub metrə çatacaq "Cənub axını"nda Almaniyanın "Wintershall" şirkətinin payı 15 faiz, illik ötürücülük gücü 55 milyard kub metr olan "Şimal axını"nda isə "Wintershall" 15,5 faizlik paya sahib idi. Almaniya ABŞ-ın narazılıqlarına baxmayaraq, bu iki qaz kəmərinin çəkilməsində Rusiyanın ən yaxın müttəfiqi idi. Ümumiyyətlə, Sovet İttifaqı dağıldıqdan sonra Almaniya ilə Rusiya arasındakı münasibətlər Moskvanın digər Qərb ölkələri münasibətlərindən fərqlənirdi. Almaniya Qərbdə Rusiyanın əsas müttəfiqi hesab olunurdu. Ancaq son zamanlar bu iki dövlət arasında "soyuq küləklər" əsməyə başlayıb.
Bu iki böyük dövlət arasında münasibətlərin əməkdaşlıqdan rəqabətə çevrilməsinin səbəbləri çox olsa da, bir həlledici səbəb var. Almaniya artıq Avropanın liderinə çevrilib və onun siyasi iddiaları da artıb. İn-di Almaniya Rusiyanın onunla bir zamanlar məğlub etdiyi və ikiyə böldüyü ölkə kimi davranmasına döz-mək istəmir. Almaniya Rusiyanın onunla ikinci dünya müharibəsindən əvvəl necə hesablaşırdısa da, indi də elə hesablaşmasını istəyir.
Almaniya Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamasını himayə edirdi və Rusiya-nın buna əngəl olması Berlində ciddi narazılıqlar doğurub. Rusiya ilə Almaniya arasında münasibətlər də bundan sonra açıq rəqabətə çevrildi. Almaniya prezidenti Yoaxim Qaukun Soçi Qış Olimpiadasını boykot etməsi məhz Vilnüs sammitindən sonra gündəmə gəldi. Ümumiyyətlə, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına həsr olunmuş Vilnüs sammiti Rusiya ilə Qərb arasında münasibətlərin daha da soyuma-sına səbəb oldu. Rusiyanın bu sammitdə Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalanmasının qarşısını rəsmi Kiyevi şantaj və təhdid etməklə alması Qərbdə ciddi narazılıq yaradıb.
Qərbdə belə hesab edirlər ki, Rusiya özünü keçmiş Sovet İttifaqı kimi aparır və qonşularını təhdid edir. Ukrayna ətrafında son günlər baş verən proseslərin ötən əsrin 80-ci illərində Polşada baş verən hadisələrlə müqayisə edilməsi də bunun bariz nümunəsidir. Əgər ötən əsrin 80-ci illərində Polşa olayları zama-nı Qərb Sovet İttifaqını qıcıqlandırmaqdan və münasibətləri açıq qarşıdurma həddinə gətirməkdən çəkinmişdisə, indi eyni güzəştləri etmək istəmir. Qərb çox yaxşı anlayır ki, Rusiya Sovet İttifaqı deyil və Moskvanın əvvəlki gücü yoxdur. Biz bunu Rusiyanın Kaleninqradda "İsgəndər" raketlərini yerləşdirmək niyyətini açıqladıqdan sonra da gördük.
Almaniyanin həftəlik "Bild" nəşrinin kəşfiyyat orqanlarındakı mənbələrə istinadən Rusiyanın Kaleninqrad vilayətində, o cümlədən də Litva, Latviya və Estoniya ilə sərhəddə "İsgəndər" raketlərini yerləşdirməsi haqqında xəbəri dərc etməsi Qərbdə ciddi narahatlıq doğurdu. ABŞ isə Avropadakı müttəfiqlərini sakitləşdirərək, onları Rusiyadan qoruyacağını açıqladı. ABŞ-ın birmənalı mövqeyi Avropa dövlətlərini ürəkləndirdi və onlar Rusiyanın əleyhinə daha aktiv çıxış etməyə başladılar.
Rusiya təcrid olunur
Rusiya isə, deyəsən, Qərbin həmrəyliyi qarşısında uzun müddət davam gətirə bilməyəcək. Belə ki, "Bild" qəzetinin sensasiyalı məlumatının yayıldığı ilk günlərdə Rusiya rəsmilərinin tutduqları mövqe ilə indiki mövqeləri arasında ciddi fərqlər var. Məsələn, həmin sensasiyalı xəbərin yayıldığı ilk günlərdə Ru-siyanın Müdafiə naziri Sergey Şoyqu "öz raketlərimizi öz ərazimizdə hara istəsək, ora da qoyacağıq",- desə də, Putinin son çıxışlarında bu məsələyə birmənalı münasibət bildirməkdən çəkinməsi diqqətlər-dən qaçmadı. Putin, ambissiyalarına baxmayaraq, Qərbin nə qədər güclü olmasının fərqindədir və bu-nunla hesablaşmağın məcburi olduğunu anlayır. Putin həm də gözəl dərk edir ki, Rusiyanın nüvə silahından və enerji daşıyıcılarından başqa əlində heç bir təsir vasitəsi qalmayıb. Beynəlxalq təşkilatlarda möv-qeyi zəifləşmiş Rusiya diplomatik gücünün azaldığının fərqindədir. Bunun nəticəsidir ki, hətta Qərb üçün çox böyük əhəmiyyət kəsb etməyən məsələlərdə belə, Rusiya diplomatik uğur qazana bilmir.
Bəzən hətta MDB ölkələri Moskvanı BMT Baş Assambleyasında müdafiə etmirlər. Rusiya təkləndiyinin və təcrid olduğunun fərqindədir. Rusiyada "hərbi-vətənpərvəlik xəstəliyi"nə hələ yoluxmamış başlar isə Qərbin təcrid siyasətinin ağır nəticələr verəcəyindən qorxurlar.
Qərb mövqelərini daha da sərtləşdirəcək
Ancaq Putin və onun ətrafı tamamilə başqa fikirdədir. Onlar Rusiyanı yenidən güclü edəcək birlik qura-caqlarına inanırlar. Buna görə də Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalanmasının qarşısını nəyin bahasına olursa-olsun kəsməyə çalışır. Rusiya Cənubi Qafqazda hərbi qüvvələrini artır-maq niyyətindədir və prezident Putin bu regionu tərk etməyəcəklərini bəyan edir. Ukrayna ətrafında baş verən proseslər və Soçi Qış Olimpiadasının boykot edilməsi isə Qərbin Rusiya ilə hesablaşmaq niy-yətində olmadığını göstərir. Çox güman ki, eyni mövqeyi Qərb, Cənubi Qafqaz məsələsində də göstərə-cək və bu regionu Rusyaya güzəştə getməyəcək. Əksinə, Qərb mövqelərini sərtləşdirməkdə davam edəcək. ABŞ-ın "Maqnitski siyahısı"nı genişləndirmək və daha çox Rusiya rəsmisinə sanksiyalar tətbiq etmək niyyəti də bundan xəbər verir.
Rusiya ilə Qərb arasında mübarizə Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu güc mərkəzləri arasında mübarizə çox güman ki, gələn ildən başlayacaq. Yəni, Azərbaycanın daxili siyasətinə də transfer oluna-caq və demokratik dəyərlərin müdafiəsi istiqamətində tələblər sərtləşəcək.
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir