Amerikalı diplomat Qarabağdan danışdı, Baydenin Qafqazda daha aktiv olacağına işarə vurdu: "Əgər Paşinyan iqtidarda olmazsa..."

img

04-03-2021 [18:59]


"Sabiq Prezident Corc Buş Cənubi Qafqazın ABŞ üçün strateji vacibliyini yaxşı başa düşürdü". 

Bunu ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Cənub Qafqazda yeni reallıqlar: Perspektivlər və çağırışlar” mövzusunda vebinarda çıxışında deyib.

O bildirib ki, C. Buşdan sonra seçilən ABŞ prezidentləri bu regionla bağlı aktivlik nümayiş etdirməyib.

“Bəlkə də Bayden administrasiyası Cənubi Qafqazla bağlı daha aktiv olacaq və region üçün strategiya ortaya qoyacaq. Corc Buşdan sonra bu məsələlərə maraq göstərən prezident olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev və Robert Koçaryanın ABŞ-da 4 saatlıq görüşü, Corc Buşun Gürcüstana səfərini buna misal göstərmək olar. Corc Buş Cənubi Qafqazın ABŞ üçün strateji vacibliyini yaxşı başa düşürdü. O vaxtdan bəri heç bir ABŞ prezidenti bu regiona maraq göstərməyib. Bu baxımdan düşünürəm ki, prezident Bayden strateji düşüncəyə malik olacaq, lakin bundan əmin deyilik. İyulda Azərbaycan və Ermənistan arasında toqquşma olarkən Türkiyə, Rusiya bu məsələyə münasibət ifadə etdi, lakin ABŞ gözə görünmədi. Bildiyimiz kimi, Türkiyə hazırda prosesdə çox yaxından iştirak edir. Lakin Türkiyənin bu qədər aktiv iştirakı bəlkə də Vaşinqton üçün bir o qədər cəlbedici deyil”, - deyə M. Brayza bildirib/APA.

Amerikalı diplomat Qarabağdan da danışıb.

O bildirib ki 10 noyabrın 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır.

Diplomat Ermənistandakı siyasi böhrana da diqqəti çəkib: “Əgər Baş Nazir Nikol Paşinyan hakimiyyətdə olmazsa, ehtimala görə onu əvəz edəcək şəxs və həmin şəxsin arxasındakı siyasi qüvvələr çalışacaqlar ki, üçtərəfli razılaşmanı pozsunlar. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR