Bakıda məşhur oteldə toy: “Park İnn”dəki mərasimi kim təşkil edib? - DİN-dən açıqlama + VİDEO

img

04-03-2021 [18:09]


Sosial şəbəkələrdə paytaxtın Səbail rayonunda yerləşən otellərdən birində xüsusi karantin rejiminin pozulması ilə bağlı yayılan görüntülər arşadırılıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib:

"Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər".

***

Xatırladaq ki, “Park İnn” hotelinin “Dan ulduzu” zalında mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə 50 nəfərdən artıq şəxs iştirak edib. Hətta ara məsafə belə gözlənilməyib.

Videogörüntülərdən də göründüyü kimi, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR