Karantin qaydalarını pozan çay evinin sahibi və müştəriləri cərimələndi

img

04-03-2021 [16:36]


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlayıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, İsmayıllı şəhərinin Nizami küçəsində yerləşən, Ceyhun Salehlinin icarə əsasında işlətdiyi “Tac” çay evinin 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

İcarədar C.Salehli və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR