Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina edib: "Bizə belə medal lazım deyil”

img

04-03-2021 [10:12]


İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.

“Novosti Armeniya” bildirir ki, 20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.

O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib: “Əks halda bizə belə medal lazım deyil”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA