İtaliyada koronavirusun Nigeriya növü aşkarlanıb

img

03-03-2021 [12:57]


İtaliyanın şimal-qərbindəki Lombardiya regionunun Breşia şəhərində COVID-19 virusunun Nigeriya ştamı aşkarlanıb.

ANSA xəbər verir ki, İtaliya Virusologiya Cəmiyyətinin prezidenti, mikrobiologiya laboratoriyasının rəhbəri Arnaldo Karuso həmin ştama xas olan mutasiyalara qarşı mövcud dərmanların səmərəli olub-olmayacağının birmənalı olmadığını qeyd edib.

Xatırladaq ki, həmin ştam Nigeriyanın Osun ştatında dekabr ayının sonunda üzə çıxmışdı/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR