Dilavər Əzimli koronavirusdan vəfat edib

img

03-03-2021 [12:00]


Tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli 62 yaşında koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, o, uzun müddət idi Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə olunurdu.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR