Keçmiş deputat DTX-də 3 saat ifadə verib: “Qoçu dəstəsi ilə hücum çəkib əmlakımızı dağıdıblar..."
03-03-2021 [11:59]
Milli Məclisin sabiq deputatı, iş adamı Nazim Bəydəmirli “Baku Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib.
Mia.az-ın məlumatına görə, o, “Gununsesi.info”ya bildirib ki, üç saat ərzində üzləşdiyi qanunsuzluqlarla bağlı adıçəkilən qurumun vəzifəli şəxsləri məlumatlandırıb: “DTX-da mənə göstərilən diqqətdən bir vətəndaş kimi çox razı qaldım. Hesab edirəm ki, bütün hüquq-mühafizə orqanlarında sahibkarlarla, vətəndaşlarla belə rəftar edilməli, onların problemlərinə həssaslıqla yanaşılmalıdır”.
İş adamı 2012-ci ildə R. Məmmədov tərəfindən sahibi olduğu “Atahan Dəmir Sənaye” müəssisəsinin fəaliyyətinin dayandırıldığını və nəticədə 5 milyon manatdan artıq ziyana düşdüyünü bildirib.
“Qoçu dəstəsi ilə hücum çəkib əmlakımızı dağıdıblar, kameraları sındırıblar və mənin telefonumu əlimdən alıblar. Bütün bunlar yerli mətbuatın gözü qarşısında baş verib”, - deyə iş adamı vurğulayıb.
Bəydəmirli DTX-ya müraciət edərək, cinayət işi üzrə zərərçəkmiş qismində ifadə vermək istədiyini bildirib. O, mətbuata açıqlamasında deyib ki, uzun müddətdir, onun şikayətləri araşdırılmayıb: “Çünki o, törətdiyi qanunsuzluqları yüksək vəzifələrdə çalışan məmurların adı ilə edirdi. Mən o zaman, Rasim Məmmədova dedim ki, Afrikaya köçsə də əlimdən alınan əmlakımın və pulumun arxasınca gedəcəyəm. Çünki mən onu halal yolla qazanmışam. Ölkə rəhbərliyi də məni halal, dürüst iş adamı kimi tanıyır”.
Xatırladaq ki, Rasim Məmmədov fevralın 3-də DTX tərəfindən həbs edilib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, R. Məmmədov satış üzrə “Baku Steel Company” MMC-yə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb