Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı

img

02-03-2021 [22:58]


Ermənistanın paytaxtı Yerevanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb.

Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

Xatırladaq ki, artıq bir neçə gündür Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR