Abşeronda yaşlı qadını soyan yeznə-qayın saxlanıldı - FOTO

img

02-03-2021 [20:01]


Abşeronda bir müddət əvvəl ahıl qadının təqaüdünü oğurlayan şəxslər saxlanılıb.

Məlumata görə, Abşeron rayon Polis İdarəsinə daxil olan məlumat əsasında Saray qəsəbəsi ərazisində vətəndaş Xatirə Zamanovaya qarşı soyğunçuluq edən 24 yaşlı Rahim Səlimzadə və 19 yaşlı Turqut Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq Saray qəsəbəsində  yaşlı qadının bankomatdan təqaüdünü guya çıxarmasına köməklik etmək məqsədi ilə çirkin əməllərini həyata keçiriblər. Turqut Əliyev kartda olan 400 manat pulu çıxardıqdan sonra yaxınlıqda onu avtomobillə gözləyən Rahim Səlimzadə ilə birgə oradan qaçıblar. Rayon Polis İdarəsi əməkdaşları çox keçmədən onların izinə düşərək saxlamağa müvəffəq olub. İstintaq zamanı oda məlum olub ki, 24 yaşlı Rahim Səlimzadə eyni üsulla Abşeron rayonun digər ərazilərində də cinayət əməlləri törədib.

Qeyd edək ki, saxlanılan şəxslər yeznə və qayındır.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR