"Qəbələ"nin legioneri "Qarabağ"la oyunda zədələnib

img

02-03-2021 [19:54]


"Qəbələ" komandası Azərbaycan Premyer Liqasında XVII turun "Qarabağ"la səfər oyununda futbolçu itkisi ilə üzləşib.

Məlumata görə, "qırmızı-qaralar"ın müdafiəçisi Yurgen Qoca 62-ci dəqiqədə zədələnərək meydanı tərk edib.

Əzələsi dartılan albaniyalı futbolçu Ehtiram Şahverdiyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və hesab Ağdam klubunun xeyrinədir - 3:0.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR