“Forbes”dən şok iddia: "Rusiya və NATO müharibə məşqini edib"
02-03-2021 [19:10]
Ötən həftə Norveç sahili Rusiya ilə NATO-nun şərti döyüş zonasına çevrilib.
Bu barədə “Forbes” yazıb.
David Axe adlı müəllifin yazdığına görə, Rusiya və Şimal Alyansının orduları bu regionda qarşı-qarşıya gəliblər.
Norveç, Kanada və Almaniyanın hərbi gəmiləri, F-35 qırıcıları və ABŞ Hərbi Hava Qüvvələrinin B-1 bombardmançı təyyarələri Norveçin qərb sahilində təlim keçiblər. Onlar radioelektron mübarizə və düşmənin hərbi gəmilərə qarşı raketlərin məhv edilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. NATO-nun “Dynamic Guard” adlı təlimlərinə Kanadanın "Qalifaks” freqatı və Norveçin Hərbi Dəniz Qüvvələrinin “Steyl” və “Storm” raketli katerləri qoşulublar. Almaniyanın “Şpessart” tankeri isə öz növbəsində onlara dəstək verib. Manevrlərdə iştirak etmək üçün Norveçin mərkəzi hissəsində yerləşən aviabazadan ABŞ-ın iki B-1 strateji bombardmançı təyyarəsi havaya qalxıb.
Müəllif yazır ki, NATO-nun hərbi gəmiləri Norveçin qərb sahilində təlimlər keçirən zaman Rusiya hərbi donanması ölkənin şərq sahilində təlimlər keçirib. Rusiyanın “Marşal Ustinov” raketli kreyseri NATO-nun sualtı gəmilərinə zərbə endirməyi məşq edib. Kreyser Barens dənizinə Severemorskdan çıxıb. Hərbi gəmi sualtı gəmilər və gəmilərə qarşı aviasiya ilə qarşılıqlı fəaliyyəti məşq edib, təlim axtarışı həyata keçirib, eləcə də dəniz gəmilərinə qarşı silahla atışları icra edib. Manevrlər bitəndən sonra Kreyser Severemorska qayıdıb, lakin bunu başqa marşrutla həyata keçirib. Dünyada ən güclü yerüstü hərbi gəmilərdən biri hesab olunan “Marşal Ustinov” cənuba – Vranger-fyorda, Rusiya və Norveçin dəniz sərhədi keçən yerə istiqamət götürüb. Onun cənuba çatması Amerika B-1 bombardmançılarının Norveçə çatması ilə eyni vaxta düşüb/APA.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb