Energetika naziri Almaniyanın Azərbaycandakı səfiri ilə müzakirə aparıb - FOTO

img

02-03-2021 [17:58]


Energetika naziri Pərviz Şahbazov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin mövcud səviyyəsi və inkişaf perspektivləri istiqamətində müzakirələr aparılıb.

Nazir Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Səfir bərpa olunan enerji sahəsində Almaniya təcrübəsi haqqında danışıb, həmçinin cari ilin 16-17 mart tarixlərində keçirilməsi planlaşdırılan “Berlin Energy Transition Dialogue 2021” beynəlxalq konfransına dəvət məktubunu təqdim edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir müzakirəsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA