Ombudsman sorğu verdi, Konstitusiya Məhkəməsi iclas keçirdi - Mirasla bağlı

img

02-03-2021 [13:53]


Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Mia.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllə 1193-cü maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Ombudsman Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər - Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi R.Eyvazov tərəfindən təqdim edilmiş mülahizələri və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Mülki Məcəllənin 1193-cü maddəsi Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

Mülki Məcəllənin 1159-cu və Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq, Mülki Məcəllənin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir.

Qeyd edək ki, Mülki Məcəllənin 1159-cu maddəsi qanun üzrə vərəsələrin növbəliliyini nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR