Boris Conson: "Futbolu 2030-cu ildə öz evinə qaytarmaq istəyirik"

img

02-03-2021 [13:37]


Böyük Britaniya futbol üzrə dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.

Məlumata görə, futbolun yaradıcıları DÇ-2030-un təşkili üçün böyük vəsait xərcləməyə də hazırdır.

Böyük Britaniya mundialı İrlandiya ilə birgə təşkil etməyi planlaşdırır. Bunu ölkənin baş naziri Boris Conson da təsdiqləyib: “Biz futbolu 2030-cu ildə öz evinə qaytarmaq istəyirik. Həqiqətən də bunun düzgün yer olduğunu düşünürəm. Bura futbolun evidir və düzgün vaxtdır. Bu, ölkəmiz üçün də möhtəşəm olacaq”.

Namizədliyin verilməsi üçün 2,8 milyon funt sterlinqin ayrılacağı gözlənilir.

Qeyd edək ki, 2030-cu il ilk dünya çempionatının keçirilməsinin yüzilliyinə təsadüf edəcək.

ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR