İsrail ərəb dövlətləri ilə hərbi alyans yaradır

img

02-03-2021 [12:57]


İsrail ərəb dövlətlərilə müdafiə alyansı yaratmaq üçün qərb ölkələri ilə danışıqlar aparır.

Məlumatı “newsru” yayıb.

Bildirilib ki, İsraillə ərəb ölkələri arasında təmasların artması buna səbəb olaraq göstərilir.

Məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu ilə Bəhreyn kralı, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı, yəhudi dövlətinin müdafiə naziri ilə isə İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

Alyansın əsas hədəfi İran təhlükəsinə qarşı birgə müqavimət göstərməkdir. İsrail Səudiyyə Ərəbistanının da birliyə cəlb edilməsini vacib sayır. Bildirilib ki, diqqəti cəlb etməmək üçün danışıqların böyük, əhəmiyyətli hissəsi məxfi aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA