20-12-2013 [15:10]
AXCP sədri Əli Kərimli yeni bir status yazıb; yeni deyəndə ki, köhnə bayatıya yeni məzmun vermək istəyib. Amma əfsus ki, alınmayıb. O sadə səbəbdən ki, insan dünyaya hansı təbiətlə, xarakterlə, temperamentlə gəlirsə, ömrünün sonunadək eləcə də qalır. Bu haqda atalar sözü də var: amma etik mülahizələrdən dolayı və özümə arzulamadığımı başqalarına rəva bilmədiyim üçün, onu burada xatırlatmıram. Nə isə, buyurub statusla tanış olun: Əli bəy yazır:
"Bu
gün iştirak etdiyim bir tədbirdə xeyli diplomatla görüşüb, danışdım. Təbii ki,
Anar Məmmədlinin həbsini, digər 142 siyasi məhbusun taleyini də müzakirə etdik.
Əliyev rejiminin repressiyalarına və
başqa qanunsuz əməllərinə göz yumduqlarına görə Qərb ölkələrinin siyasətçi və
diplomatlarını qınadım. Bu kriminal və korrupsioner rejimin uzun müddət iş
başında qala bilməsinə görə onların da məsuliyyət daşıdıqlarını vurğuladım.
Avropa strukturlarının Ukrayna, Belarus və s. ölkələrin demokratikləşməsinə
olan diqqətinin Azərbaycanın demokratikləşməsinə olmamasını tənqid etdim. Bu
ikili standartın nə vaxta qədər davam edəcəyini soruşdum. Diplomatların birindən
çox açıq cavab aldım. Həmsöhbətim iradlarımın haqlı olduğunu qəbul edib,
sualıma da cavab verdi. Açıq dedi ki, Qərb Azərbaycanda demokratik dəyişikliklər
uğrunda güclü xalq hərəkatı görməyincə, bu ikili standart davam edəcək.
Əlbəttə, mən özüm də verdiyim sualın cavabını məhz belə bilirdim. Amma mənim
güman etməyim başqadır, adamların özlərinin etiraf etməsi başqa.
Əziz həmvətənlər, Anar bəyi də digər vicdan məhbuslarını da şərləyib, həbs
etdirən təbii ki, rejimdir. Amma bilməliyik ki, bizlər də günahkarıq. Bəzilərimiz
biganəliyimizlə, bəzilərimiz qorxaqlığımızla, bəzilərimiz lazımınca birləşə
bilməməyimizlə, bəzilərimiz tənbəlliyimizlə, özünə inamsızlığımızla rejimin
ayaqda qalmasına və deməli, vicdanlı insanları vicdan məhbusu etməsinə yardımçı
oluruq. Dəyişikliklərə ilk növbədə özümüzdən başlamalıyıq. Hər günün sonunda
özümüzə sual verməliyik: "Dövlətimizin və millətimizin gerçək qurtuluşu üçün
bacardığım hər şeyi etdimmi?”
Əgər tərəfdarları Əli Kərimlinin dediklərini müdrik siyasi fikirlər kimi FB-də hər addımbaşı gözümə soxmasaydılar, bu statusu "psixoanalitik təhlilə” məruz qoymaq niyyətinə də düşməyəcəkdim. İkincisi, əgər dünyanın bu çağında bir adam çıxıb bu cür cəfəng fikirlər söyləyirsə və bəlli motivlərlə həmin adamın ətrafına toplaşan bir qrup marginal da həmin fikirləri həqiqət kimi xalqın beyninə dürtürsə, bu yerdə susmaq sadəcə mümkün deyil.
Əlqərəz, təhlilə başlayaq:
"Bu gün iştirak etdiyim bir tədbirdə xeyli diplomatla görüşüb, danışdım.” – Əli Kərimli ilk öncə hələ də önəmli siyasi fiqur olduğunu bir daha xatırladır. Yəni görürsünüz, biabırçı məğlubiyyətlərə, həm partiya üzvləri, həm də cəmiyyətdəki təəssübkeşlər arasında nüfuzdan düşməyimə baxmayın, Qərb hələ də mənə stavka edir, diplomatlar mənimlə görüşür, müzakirələr aparırlar. Burada bir haşiyə çıxmalı olacağam. Niyə fəal siyasətlə məşğul olmaq üçün "lisenziyanı” xarici diplomatlar verməlidir? Niyə xalqa lider kimi sırınmaq istəyən adam gedib Avropanı, ABŞ-ı fırlanıb gəlməlidir? Məncə, xalqımızın bu suallar ətrafında düşünməyinin zamanıdır.
"Təbii ki, Anar Məmmədlinin həbsini, digər 142 siyasi məhbusun taleyini də müzakirə etdik.” – Bu fikir həbsxanaya düşmələrində bilavasitə məsuliyyət daşıdığı insanların valideynlərinə, yaxınlarına təsəlli, onları sakitləşdirmək xarakteri daşısa da, Əli Kərimli burada saymazyana intonasiyadan istifadə edir. Çünki daim müzakirə olunan (məhz müzakirə olunan!) bu məsələnin onsuz da heç bir əhəmiyyəti olmadığını Kərimli gizlədə bilmir .
"Əliyev rejiminin repressiyalarına və başqa qanunsuz əməllərinə göz yumduqlarına görə Qərb ölkələrinin siyasətçi və diplomatlarını qınadım. Bu kriminal və korrupsioner rejimin uzun müddət iş başında qala bilməsinə görə onların da məsuliyyət daşıdıqlarını vurğuladım. Avropa strukturlarının Ukrayna, Belarus və s. ölkələrin demokratikləşməsinə olan diqqətinin Azərbaycanın demokratikləşməsinə olmamasını tənqid etdim. Bu ikili standartın nə vaxta qədər davam edəcəyini soruşdum.” – Söhbətin bu məzmunda olduğu əsla inandırıcı deyil, ən azı ona görə ki, bizim müxalifətçilərlə xarici diplomatlar arasındakı münasibətlərin xarakteri, Əli Kərimli tipli siyasətçilərlə xarici diplomatların malik olduqları bilgilər bu cür "çayxana söhbətləri” etməyi istisna edir. Sadəcə, Əli bəy son seçkilərdən sonra müxalifətin Qərbin əlində alət olmasıyla bağlı tuş gəldiyi kəskin ittihamları zərərsizləşdirmək üçün bu primitiv yalana əl atır. O, diplomatlara təxminən bunları çatdırmağa cəhd edə bilər: "Artıq camaat hər şeyi başa düşür, xalqın ağzını yummaq olmur, partiya üzvləri qiyamla hədələyirlər, nəsə etmək lazımdır, belə davam edə bilməz. Bu sizin maraqlarınıza da ziyandır və s. ” Həmin diplomatlar da, yəqin ki, istehzayla və ya zarafata salaraq lağlağıyla cavab verərlər ki, "Ok, siz xalqı qaldırın, baxaq görək neynirik.” Əli bəy də, cavab verər ki, "Sizin verdiyinzlə heç partiyanı saxlamaq olmur, xalqı necə qaldıraq? Ukraynaya filan qədər vermisiniz, Belorusa filan qədər, amma bizə...Belə ikili standart olmaz axı...”
"Diplomatların birindən çox açıq cavab aldım. Həmsöhbətim iradlarımın haqlı olduğunu qəbul edib, sualıma da cavab verdi. Açıq dedi ki, Qərb Azərbaycanda demokratik dəyişikliklər uğrunda güclü xalq hərəkatı görməyincə, bu ikili standart davam edəcək. – İlk baxışda həqiqətə oxşar bu sözlərin arxasında əslində xalqı aldadan hiyləgər siyasi blef var. Axı güclü xalq hərəkatı necə yaranır? Məgər bu hərəkatın yaranması üçün güclü təşkilata və güclü liderə ehtiyac yoxdur? Bunlar olmadan güclü xalq hərəkatı necə yarana bilər? Həmin güclü təşkilat AXCP, güclü lider isə Kərimli özüdürsə (onlar bunu hər yerdə bəyan edirlər) bəs bu hərəkatı niyə təşkil edə bilmirlər? Məsələyə Əli Kərimlininin məntiqi ilə yanaşsaq, onda həmin xarici diplomat ona deyə bilərdi ki, əgər bu ölkənin ən güclü təşkilatı sənin əlindədirsə, get yıx də hökuməti, bizdən nə istəyirsən? Kərimli də ona cavab verərdi ki, yıxa bilsəm yıxaram də, səni neynirəm? Amma söhbət təbii ki, bu cür olmayıb, çünki hər iki tərəf ölkənin iqtidarı kimi, müxalifətinin də başlıca funksiyasının xalqın sərvətini talan edən Qərb imperializminin buradakı podratçıları vəzifəsini yerinə yetirmək olduğunu gözəl bilir. Bunu xalq da çox gözəl anladığından, təbii olaraq, nə iqtidarın, nə də müxalifətin ardınca getmir. Üçüncü qüvvənin yaranması qarşısında isə böyük maneə var: bu maneə elə cənab Kərimli və söbət etdiyi diplomatların da təmsil olunduğu Qərb-Hakimiyyət-Müxalifət üçlüyüdür. Bu siyasətin ən böyük məkrliliyi isə odur ki, bunlar bir tərəfdən güclü xalq hərəkatının qarşısını almaq üçün əllərindən gələn hər şeyi edir, digər tərəfdən isə guya xalqdan bunu umurlar. Axı həmin o, qərbli diplomat və cənab Kərimli birinici növbədə özlərini süpürüb atacaq belə bir güclü hərəkatın olmasını necə istəyə bilərlər?
"Əlbəttə,
mən özüm də verdiyim sualın cavabını məhz belə bilirdim. Amma mənim güman etməyim
başqadır, adamların özlərinin etiraf etməsi başqa.” – Bu fikri ilə Əli bəy həm özü-özünü təkzib edir (adama deməzlər ki,
cavabını bildiyin sualı niyə verirsən?), həm də qərbli ağalara mesaj ötürür ki,
mən xalqın düşündüyü kimi fikirləşmirəm və bildiyiniz kimi, ağzımdan belə sözlər
də çıxmayıb. Sizdə heç bir günah ola bilməz. Günahın hamısı mənim bu passiv,
müti, tənbəl xalqımdadır ki, ayağa qalxıb mənfur rejimi yıxmır. Göründüyü kimi,
cənab Kərimli bu məsələdə Qərblə həmfikir olduğunu gizlətmir. Belə olduğu təqdirdə
diplomata nədən müxbir sualı verir? Axı Əli bəy qərbli diplomatın keçirdiyi mətbuat
konfransında sual verən müxbir deyil?
Daha sonra cənab Kərimli xalqa müraciət edir: "Əziz həmvətənlər, Anar bəyi də digər vicdan məhbuslarını da şərləyib,
həbs etdirən təbii ki, rejimdir. Amma bilməliyik ki, bizlər
də günahkarıq. Bəzilərimiz biganəliyimizlə, bəzilərimiz qorxaqlığımızla, bəzilərimiz
lazımınca birləşə bilməməyimizlə, bəzilərimiz tənbəlliyimizlə, özünə
inamsızlığımızla rejimin ayaqda qalmasına və deməli, vicdanlı insanları vicdan
məhbusu etməsinə yardımçı oluruq.” – Kərimli səmimi görünmək üçün birinci şəxsin
cəmində danışır. Bu ritorikanı seçməklə guya özünü də xalqla bir yerdə görür. "Qorxaqlığımız,
tənbəlliyimiz, biganəliyimiz” və s. deyir. Amma aydın
məsələdir ki, o özünü nə qorxaq, nə tənbəl, nə də biganə hesab etmir, əks təqdirdə siyasətlə məşğul olmasına necə bəraət qazandıra bilərdi?
O bu epitetləri xalqa
yapışdıraraq yaxasını ustalıqla kənara çəkmək
istəyir,
bütün məsuliyyəti xalqın üzərinə yükləməyə cəhd edir.
Amma həqiqət tam başqadır. Xalq nə qorxaq, nə tənbəl, nə də biganə deyil.
Xalqın sadəcə inamı qırılıb, etibarı sındırılıb, ümidləri dəfələrlə puç
edilib. Bunu Qərbin insan haqları və demokratiya dəllallarının
ssenarisi əsasında edən də elə kərimlilərdir və bu gün də
davam edirlər. Bununla özlərinə çörəkpulu qazanır,
yaxşı yaşayış təmin edir, 50-60
nəfəri maliyyəşəşdirməklə, 500-600
nəfəri də aldatmaqla ölkənin ən iri siyasi təşkilatı statusunu saxlayır,
uşaqlarını xarici universitetlərdə oxudurlar.
Sonuncu cümlələr lap gülməlidir: "Dəyişikliklərə
ilk növbədə özümüzdən başlamalıyıq. Hər günün sonunda özümüzə sual verməliyik:
"Dövlətimizin və millətimizin gerçək qurtuluşu üçün bacardığım hər şeyi
etdimmi?” – Bu
fikirlər vətən müharibəsi illərinin "Sən qələbə üçün nə etmisən?” şüarının
plagiatıdır. Amma nə Əli Kərimli o müharibəni udan İosif Stalinə bənzəyir, nə də
artıq keçən əsrin 40-cı illəri deyil. Doğrusu, bu fikri təbəssümsüz oxumamaq
olmur: istər-istəməz hər gün axşam güzgünün qarşısında dayanıb özünə bu sualı
verən komsomolçu obrazını xatırlamalı olursan. Nə isə, Allah səni güldürsün...
"Kassam tuqayları" 10 İsrail əsgərini öldürüb
Trampa qarşı daha bir ittiham ləğv olunub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Livana hücum: ölənlərin sayı 3768-ə çatıb
Ərdoğan: "Netanyahu və onun ətrafı üçün çəmbər getdikcə daralır”
Türkiyədə 70 kq qızılla tutulan diplomat Bakıya gətirilib - Haqqında həbs qərarı verildi + FOTOLAR (YENİLƏNİB)
Türkiyədə bəzi şəhərlərdə dərslərə ara verilib - Qara görə
Malatyada zəlzələ baş verib - 4,6 bal gücündə
Livanda bombalanma: xeyli ölən var - Meyitlərin bəziləri parçalanıb
NATO rəsmiləri Bakıya gəliblər
Azərbaycanda unikal hadisə: məhkəmə ustaya zorla ayağını öpdürən tiktoker haqda qərar verdi - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
İspaniya klubları türk oyunçunu almaq istəyir
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTOLAR
QƏRARGAH RƏİSİ QANDALLANDI - Hərbi ekspertlik edən Ədalət Verdiyev iki maddə ilə tutulub
Qarabağ zonasında daha 1457,4 hektar ərazi minalardan təmizlənib
Hakan Fidanla NATO-nun baş katibi görüşüb - Ankarada
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
“Sabah”da baş məşqçi təyinatı olub
Zahid Oruc Milli Məclisdə: "Bəlkə azad torpaqlara traktor parkı bağışlayan Belarus kənd təsərrüfatı mütəxəssislərindən xahiş edək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa: "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib"
Bakıda hansı vacib qərarlar qəbul olundu? - Zahid Oruc yazır
"Çelsi" "Qalatasaray"ın qolçusunu alır - 75 milyon avroya
İordan çayının qərb sahilində daha 29 fələstinli saxlanılıb
Azərbaycan Ordusunun qırıcıları havalanıb - VİDEO
31 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açıldı
“Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib - FOTOLAR
Türkiyənin yeni 500 və 1000-lik əskinazları təqdim olunub - FOTOLAR
“Sabah” baş məşqçi ilə vidalaşdı
Perinatal Mərkəzdə 7 uşağın ölümü... - Məhkəmə prosesi
NATO-nun baş katibi: "Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm"
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
TƏBİB-ə 4 zərbə: 303 minlik tender ləğv edilib
Məktəbəqədər təhsil müəssisələrinə müdir axtarılır
Prezident İlham Əliyev Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif etdi - Sərəncam
Bələdiyyələrlə bağlı əlavə qanunlar təsdiqləndi, yeni bələdiyyələr yaradıldı və... - SİYAHI (Yenilənib)
Çində soyuq hava - Qarla bağlı əhaliyə xəbərdarlıq edilib
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
Sabah yağış yağacaq
Azərbaycan Ordusu ilə SEPAH bir arada: "Araz - 2024" birgə taktiki təlimi başlayıb - FOTOLAR
5 SAATLIQ ƏYLƏNCƏ ÜÇÜN 60 MİN MANAT: içki, çeşidli yeməklər və... - Dövlət Agentliyi mina əvəzinə, hotel gəzir