Gürcüstan 2024-cü ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək

img

01-03-2021 [19:25]


“Gürcüstan 2024-cü ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüklə bağlı rəsmi müraciət etməyə hazırlaşır”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Aİ Şurasının prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.

Hökumət başçısının sözlərinə görə, bu, asan yol olmayacaq: “Gürcü xalqının seçimi böyük Avropa ailəsinə qoşulmaq və tamhüquqlu üzv olmaqdır. Biz çox yaxşı anlayırıq ki, bu, çətin və mürəkkəb proses olacaq, lakin ölkəmiz üçün buna birgə səylərlə nail olmaqda maraqlıyıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR