“Aqrar Sığorta" şirkətinin keçmiş sədrinə yeni vəzifə verildi

img

01-03-2021 [14:08]


“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin keçmiş sədri Azər Kərimov bu gündən “Azercell Telecom" MMC-də işə başlayıb.

Məlumata görə, o, şirkətin Təchizat zəncirinin idarə edilməsi departamentinin direktoru təyin edilib.

Xatırladaq ki, A.Kərimov "Aqrar Sığorta"da əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR