İradə Əmiraslanova vəzifəsindən azad edilib - FOTO

img

01-03-2021 [13:39]


Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyində “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri İradə Əmiraslanova vəzifəsindən azad edilib.

Bununla bağlı "ABAD"ın direktoru Rüfət Elçiyev əmr imzalayıb.

Qurumun Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova "Report"a deyib ki, İ.Əmiraslanova öz istəyi ilə tutduğu vəzifədən azad olunub.

Onun sözlərinə görə, hələlik Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR