Paşinyan Baş Qərargah rəisi ilə bağlı Prezidentə 3-cü sərəncam göndərdi - Əleyhdarları isə hökumət binasına basqın etdi

img

01-03-2021 [13:18]


Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında təklifini prezident Armen Sarkisyana üçüncü dəfə göndərib.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Armen Sarkisyan bununla əlaqədar açıqlama yayıb: “Baş nazirin sərəncam layihəsini geri qaytarması yolverilməz spekulyasiya və qeyri-adekvat reaksiyadır”.

Hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Vaan Ovakimyan prezidentə impiçment göstərilməsinin mümkünlüyünü bildirib/Report.

Bu arada aydın olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Yerevanda hökumət binasına soxulublar.

“RİA Novosti”nin məlumatına görə, həmin binada bir neçə nazirliyin ofisi yerləşir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR