Dələduzluqda ittiham olunan sabiq prokurorluq əməkdaşı... - Hakim Mahmud Ağalarov hansı qərarı verəcək?
28-02-2021 [19:47]
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı sabah məhkəmə iclası keçiriləcək.
Mia.az Demokarat.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində keçiriləcək işə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılacaq. M. Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur.
İttiham aktinda bildirilir ki, M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik edib.
M.ABBASOV
Belə ki, o 12 iyun 2014 tarixindən 11 sentyabr 2017 ci il tarixinə kimi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur.
Bildirilir ki, CM-nin 179.3.2maddəsi ilə ibtidai istintaqını apardığı cinayət işi üzrə Əsədov Vüqar Şükür oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildikdən sonra onun azad olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə ona müraciət edən V. Əsədovun bacısı Natəvan Əsədova və həyat yoldaşı Elnarə Əsədova ilə görüşüb. O həmin şəxslərə V. Əsədovu həbsdən azad edəcəyi vədini verib və sonradan - iyul ayının sonlarında “Sahil Bağı”nda N. Əsədovadan 3 500 ABŞ dolları, avqust ayında 2 600 ABŞ dolları, sentyabr ayında isə ümumilikdə 17 min 716 manat pulu rüşvət olaraq alıb. Lakin oktyabr ayında V. Əsədovun dələduzluqla bağlı digər bir cinayət işinin də hazırda apardığı cinayət işinə birləşdirilidiyini deyərək onun azad olunmasının çətinləşdiyini bildirib.
Buna görə də o daha çox vəsait – 40 min manatın lazım olduğunu qeyd edib. Həmin ilin oktyabr-dekabr aylarında Atatürk prospektində yerləşən Karvan restoranında N. Əsədovanın dayısı İmamverdi Hüseynovun iştirakı ilə 20 min manat pul alıb. M. Abbasovun N. Əsədovadan aldığı pulların ümumi məbləği 39 716 manat olub.
Bundan başqa o 11 sentyabr 2017-ci ildə baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric olunandan sonra bu kimi əməlləri davam etdirib. Belə ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə Əlaqədar Rəhimov Elşın Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840 000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə görüşür.
Əvvəlllər prokurorluq orqanlarında işlədiyini bildirərk əlaqələrindən istifadə etməklə Elşən Rəhimov haqda cinayət işi açdıra biləcəyini və bu vasitə ilə ödəməli olduğu pul vəsaitini ödətdirəcəyini vəd verib. Bunun üçün o Mahir Dadaşovu aldatma yolu ilə onun 20 min ABŞ dollarını ələ keçirib.
İttiham aktında qeyd olunur ki, bununla da M. Abbasov təkrarən dələduzluq etmiş, M. Dadşova 20 min dollar (34 min manat) ziyan vurub.
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək