"Telefon ortada yoxdur, ancaq pul tələb edirlər..." - “KONTAKT HOME"də kuryoz olay
27-02-2021 [17:27]
Tanınmış teleaparıcı və jurnalist Ramal Dövran “KONTAKT HOME” mağazalar şəbəkəsinin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir.
Mia.az xəbər verir ki, bu barədə KONKRET.az-a Ramal Dövran özü məlumat verib.
Onun sözlərinə görə, adıçəkilən mağaza tərəfindən hüquqları elə pozulub ki, nə məhkəmə, nə də hüquq- mühafizə orqanları vasitəsilə bərpa edə bilir: “Mən başqa bir şəxs üçün öz adıma həmin mağazalar şəbəkəsindən mobil telefon götürmüşəm. Telefonu alan zaman mağazalar şəbəkəsinin operatoru ilə danışdım və ondan “məhsulun krediti ödənilməsə, telefonu şəbəkədən bağlatdıra biləcəksiniz?” – deyə sual verdim. Mağazanın əməkdaşı isə mənə bunun mümkün olacağını bildirdi. Öz adıma telefon aldığım şəxs bir-iki ay kredit ödənişini etsə də, sonradan problem yarandı. Mən bununla bağlı “KONTAKT HOME” mağazalar şəbəkəsi ilə əlaqə saxladım və telefonun bağlanmasını (rəsmi qaydada) istədim. Bildirdim ki, telefon bağlandıqdan sonra polisə müraciət edib məhsulu geri alaq, bundan sonra ödənişi edim. Normal qaydalara görə, məhsulun krediti tam bağlanmadan alınan mağazanın adında qalır. Lakin “KONTAKT HOME” bunu etməkdən boyun qaçırdı və səbəb kimi həmin telefonun başqasının adına qeydiyyatdan keçdiyini göstərdi”.
Şikayətçinin sözlərinə görə, məhsul aldığı mağazadan ona heç bir kömək edə bilməyəcəklərini deyiblər: “Belə olan təqdirdə onlardan “Sizin olmayan telefon üçün niyə pul istəyirsiniz?”, – deyə soruşdum. Polisə müraciət etdikdə isə mənə telefonun adımda olmadığını, bu səbəbdən də heç bir hüquqi addım ata bilməyəcəyimi dedilər və məsələnin yalnız “KONTAKT HOME” ilə həll olunmasının mümkünlüyünü vurğuladılar. Belə olan halda mən öz hüququmu nə məhkəmədə, nə də polisdə bərpa edə bildim”.
Ramal Dövran deyir ki, əvəzində “KONTAKT HOME” onu məhkəməyə verib. Şikayətçinin iddiasına görə, “KONTAKT HOME”un hər bir məhkəmədə sifarişini yerinə yetirən hakimlər var. Çünki adıçəkilən mağazalar şəbəkəsi daxili kreditlə işləyir. Bu isə rəsmi dövlət sənədi hesab olunmur. Belə olan halda isə məhkəmə və polis heç bir hüquqi addım atmır: “Araşdırma apardım və telefonun imei kodunun “ıPhone Neftçilər” mağazasına aid olduğunu öyrəndim. Həmin mağazada mənə bildirdilər ki, telefonu həqiqətən qeydiyyatdan keçiriblər və satıblar. Qeyd edim ki, Xətai rayon Məhkəməsində işə Mehrəliyev Sərdar adlı hakim baxıb. Mən hakimin qarşısında bütün əsaslarımı gətirdim və suallarım önündə aciz qaldılar. Amma hakim sifariş əsasında iş gördüyü üçün qarşı tərəfdən heç bir sənəd tələb etmədi. Yəni bu telefonun “KONTAKT HOME”a aid olduğunu təsdiqləyən heç bir sənəd istəmədi. Beləliklə, hakim iddiaçı tərəfin lehinə qərar çıxardı və mənim qalan pulu ödəməli olduğumu bildirdi".
İndi Ramal Dövranın yeganə istəyi odur ki, adıçəkilən mağazalar şəbəkəsi onun hüquqlarını pozduğu üçün öz səhvini düzəltsin, yaxud da onu çətin vəziyyətdə qoymasın: “KONTAKT HOME” məni çətin durumda qoyduğu üçün üzr istəməli və heç bir borcumun olmadığı haqda sənəd təqdim etməlidir. Əgər bunu etmirsə, o zaman həmin telefonu geri qaytarsın ki, mən də borcu ödəyim”.
Ümid edirik ki, tanınmış jurnalistin şikayəti məsələyə cavabdeh şəxslərə, ən əsası isə “KONTAKT HOME” rəhbərliyinə çatacaq və Ramal Dövranın problemi tez bir zamanda həll olunacaq.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb