Azərbaycanda daha 278 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

27-02-2021 [17:07]


Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 5 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib. Hazırda 2 398 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, bu günə qədər isə ümumilikdə 2 591 235 test icra olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR