Sahibkarlığın məktəblərdə tədrisi və innovativ təlim üsulları

img

27-02-2021 [13:08]


"Virtual Məktəb" saatında “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək" təlim proqramının iştirakçıları ilə görüş keçirilib.

Görüşdə “Junior Achievement Azerbaijan” təşkilatının icraçı direktoru Sevinc Məmmədova, Avropa İttifaqının nümayəndəsi Viktor Giner və təlim proqramını uğurla bitirib sertifikat əldə edən müəllimlər iştirak etdilər. Tədbir iştirakçıları arasında mən də yer almışdım.

Hər bir müəllim özünü təqdim edərək moderatorun və eləcə də tədbir iştirakçılarının suallarını cavablandırdı. Maraqlı diskusiya ilə keçən tədbirdə hər kəs öz fikrini bildirib, təəssüratlarını bölüşdü. Virtual platforma üzərində bir çox təlimlər təşkil olunsa da, “Sahibkarlığın məktəblərdə tədrisi və innovativ təlim üsulları” təlimi iştirakçılara daha çox maraqlı gəldi. 

Bu təlim tədrisdə həm çox maraqlı, həm də şagirdlər üçün çox faydalı ola biləcək yeni bir istiqamətdir. Biz təlim müddətində bir çox biznes modelləri ilə tanış olduq. Eləcə də büdcənin hesablama qaydalarını öyrənmək, həmçinin bunları şagirdlərə öyrətmək, maliyyənin idarə olunması önəmini müzakirə etdik. Belə yanaşmalar gələcəkdə şagirdlərdə maliyyə savadlılığını inkişaf etdirəcək. Şagirdlər peşəyönümü düşüncələrində kiçik bir sahibkar olmağı düşünəcək, biznes fəaliyyəti barədə ilkin məlumatlar alacaqlar. Təlimin onlayn keçirilməsi müsbət hal oldu ki, bölgələrdə çalışan müəllimlər də bu təlimə qoşula bildilər.

Mən çıxışım zamanı, eləcə də ünvanlanan suallarda məqsəd və məramımı aydın şəkildə ifadə etdim. Bildirdim ki, “Təlim zamanı mövzuyla bağlı suallarımızı Sevinc xanım Məmmədova ətraflı izah etdi.

Təlimin imtahan müddətinə ayrılan 24 saat vaxt çox maraqlı təşkil olundu. Suallar həm düşündürücü, həm də təlim məqsədini əhatə etdiyindən vaxtın necə keçdiyini bilmədik. Təlimdə uğur qazananlar içərisində İmişlidən bir həmkarımın da olması məni çox sevindirdi. Çünki yeni istiqamət üzrə rayonumuzda bu fənnin tədrisi zamanı tərəfdaş olmaq imkanımız yarandı”.

Sonda uğur qazanmış həmkarlarıma, dəyərli tövsiyyə və təlim tapşırıqlarına görə Sevinc xanım Məmmədovaya fəaliyyətində uğurlar arzuladım. Belə bir təlimdən məmnun olduğumu bildirdim.                     

“Microsoft Teams” platforması üzərində təşkil olunan bütün təlim və vebinarlara görə  Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə minnətdarıq. İnanırıq ki, məktəblərdə sahibkarlıq mövzusunda biliyin vacibliyi nəzərə alınaraq, bu istiqamət şagirdlərə ayrıca bir fənn kimi öyrədiləcək.

Leyli Əliyeva,

İmişli rayon A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi

img

Digər xəbərlər
SON XƏBƏRLƏR