Şəhid polkovnik-leytenant dəfn olundu - FOTO

img

27-02-2021 [13:03]


Azərbaycan Ordusunun Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan polkovnik-leytenantı Sadıqov Yaşar Füzuli oğlu dəfn edilib.

Mia.az xəbər verir ki, o, Y.Sdıqov doğulduğu Füzulinin Bala Bəhmənli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.

Mia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhid zabitimizin yaxınları məlumat verib.

46 yaşlı zabitin nəşi Murovdağ istiqamətində, Ömər aşırımında tapılıb. Bu gün şəhidimiz doğulduğu Füzulinin Bala Bəhmənli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Yaşar Sadıqov Vətən müharibəsində itkin düşən iki polkovnik-leytenantdan biri idi. Zabitimiz ailəli idi, iki tələbə övladı yadigar qaldı.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR