Ermənistan prezidenti istefaya göndərilən Baş Qərargah rəisi ilə bağlı qərarı niyə imzalamayıb?

img

26-02-2021 [18:15]


Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatını geri qaytarmayıb.

“Sputnik Armeniya" xəbər verir ki, bu barədə Ermənistan prezidentinin administrasiyası məlumat yayıb.

Xatırladaq ki, Nikol Paşinyanın istefasını tələb edənlər prezidentin təqdimatı baş nazirə qaytardığını iddia edib.

Baş nazir aparatının mətbuat katibi Mane Gevorkyan da sənədi geri almadıqlarını bildirib.

Qeyd edək ki, fevralın 25-də Nikol Paşinyan Onik Qasparyanın işdən azad edilməsi ilə bağlı Armen Sarkisyana təqdimat göndərib. O, hələ ki bu sənədi imzalamayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub