RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI YENİ MESAJLAR: “Biz bir sual verməliyik: nəyi istəyirik? - "Bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib"

img

26-02-2021 [16:23]


Ermənistan tərəfinə noyabrın 13-dən bu günə kimi 1374 hərbçinin meyiti təhvil verilib.

Mia.az xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə meyitlərin axtarışının dayandırılması ilə bağlı sualı şərh edərkən bildirib.

Onun sözlərinə görə, vəziyyəti sülhməramlılar daha yaxşı bilir və işlərin dayandırılması ilə bağlı onlara müraciət etmək daha yaxşı olar: “Əldə olan məlumatlara görə, 2020-ci ilin 13 noyabrından bu günə kimi 1684 hərbçinin meyiti təhvil verilib. Onlardan 1374-ü Ermənistana, 310-u isə Azərbaycana təhvil verilib”.

Zaxarova deyib ki, Qarabağda əsas məsələ normal həyatın bərpası və qaçqınların qayıtmasıdır: “Biz bir sual verməliyik: nəyi istəyirik? İndi Qarabağda turizmi inkişaf etdirmək? Əsas vəzifə budur? Yoxsa, davamlı sülhə nail olmaq, qaçqınların qayıtması və normal həyatın bərpası?”.

O, çoxsaylı məsələlər mərhələ-mərhələli şəkildə həll ediləcək.

Zaxarova xatırladıb ki, Rusiya sülhməramlıları hazırda əsas məsələ ilə məşğuldurlar.

XİN sözçüsü bildirib ki, 2020-ci ilin noyarbında bəyanatı imzalayan tərəflər dayanıqlı sülhün təmin olunması və Qarabağ ərazisinə həyatın qayıtmasını əsas məqsəd olaraq görürlər.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR