Azərbaycanda karantin rejimi yenidən sərtləşdiriləcək? - Yayılan xəbərlərə rəsmi reaksiya

img

26-02-2021 [15:52]


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

Mia.az-ın məlumatına görə, Şahmar Mövsümov Report-a açıqlamasında bildirib ki, bununla bağlı hər hansı bir məlumat yoxdur.

"Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək", - Prezidentin köməkçisi bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR