"Səbail"in baş məşqçisi: "Buraya məğlub olmağa gəlməmişdik"

img

25-02-2021 [21:18]


"Xocalı qətliamı ilə bağlı xalqımıza səbr diləyirəm. Uzun illərdir bunu qeyd edirik. Ötən il torpaqlarımızı geri ala bildik"

Bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: "Matçdan zövq ala bildik. "Qarabağ" favorit olsa da, buraya məğlub olmağa gəlməmişdik. Sadəcə, cərimə zərbəsi nəticəyə təsir etdi. Futbolçular çəkinmədən oynadılar. Son nöqtəni istədiyimiz kimi qoya bilmirdik. "Qarabağ" vacib 3 xal qazandı. Növbəti oyuna hazırlaşmalıyıq. İnanıram ki, xallar qazana biləcəyik".

Hacıyev səfərə yaxşı nəticə üçün gəldiklərini söyləyib: "Amma rəqibdə ustalıq yüksək səviyyədədir. Amil Yunanov 100 faizlik qol fürsətini boşa verdi. Bu gün oyundan razı qaldım. İstəyirəm ki, bunun davamını gətirək".

Hacıyev yeni transferlərin durumuna da toxunub: "Onlar komandaya gec qoşuldular. İki ay komandasız qalmışdılar. Görünür ki, vaxt lazımdır. Bəzi mövqelərdə çatışmazlıqlar var deyə transferlər etdik. İnanıram ki, hamısı komandama köməklik edəcək"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR