Paşinyan Putinə zəng etdi - Peskovdan açıqlama 

img

25-02-2021 [20:35]


Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

“RİA Novosti” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskovun verdiyi məlumata görə, danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub və Ermənistandakı son vəziyyət müzakirə olunub

Məlumata görə, Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib.

Rusiya prezidenti bütün tərəfləri təmkinli olmağa çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR