3 ayda yan-yana tikilən sürətli 12 ev... - Sakinlər yazır, komitə və FHN isə ötür-ötür edir, icra başçısı isə... 

img

25-02-2021 [13:26]


"Sizə Xırdalan şəhərində aparılan qanunsuz tikinti işləri ilə bağlı müraciət etmək istəyirəm. Keçən il bu səbəbdən bəzi məmurların həbs edilməsi mövcud problemin davam etdirilməsinə mane olmamışdır. Belə ki, həbslərdən sonra, avqust ayında Xırdalan şəhərinin Rövşən Əliyev küçəsinin 1-ci dalanında yerləşən, hərəsi 12 sot olmaqla 2 boş ərazidə işbazlar tərəfindən dib-dibə fərdi evlərin tikintisinə başlanıldı. Tikinti işləri çox sürətlə, şəhərsalma və təhlükəsizlik qaydalarına zidd olaraq aparılırdı. Qeyd edilən ərazidə onsuzda sosial problemlərin mövcudluğu (kanalizasiya xəttinin olmaması, yolun asfalt örtüyünün olmaması, işıq transformatorunun gücünün yetməməsi və s.) yeni tikilən bu evlərin vətəndaşlara satılması nəticəsində daha da artacaq".

Bu sözləri Mia.az-a göndərdiyi şikayət məktubunda Xırdalan sakini Rüfət Kərimov bildirib.

O məktubuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətovun da qeyd edilən problemlərlə bağölı icra başçısı İradə Gülmmədovaya ünvanladığı cavab məktublarını əlavə edəərk, yazıb ki, bu problemi və tikinti üçün material gətirən ağırtonnajlı yük maşınlarının sakinlər tərəfindən abıra salınmış daxili yolları da bərbad vəziyyətə salıb:

"Bütün bunları nəzərə alaraq, Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə müraciət etdim. Komitə əməkdaşı yerə baxış keçirdi, və tikintinin qanun pozuntusu ilə aparıldığını gördü. Bununla bağlı bütün səlahiyyətlərin Abşeron rayon İcra Hakimiyyətində olduğunu bildirərək, icra başçısına məsələnin araşdırılması və komitəyə məlumat verməsi barədə məktub ünvanladı...(əlavə birinci məktub)

Komitənin bu müraciətini saymayan icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirdilər... Lakin qeyri-rəsmi baxış. Beləliklə, 12 sot ərazidə 3 ay müddətində 15 fərdi ev tikildi.Hal hazırda isə, yanındakı 12 sot ərazidə daha da sıx şəkildə, yenə də tikinti və təhlükəsizlik qaydalarına zidd şəkildə, fərdi evlərin tikintisi davam edir. Komitə icra başçısına ikinci məktubu ünvanlamağa məcbur qaldığı halda (əlavə ikinci məktub) işbazlar pul qazanmağa davam edir.

Dünən FHN-nin əməkdaşları əraziyə baxış keçirdilər və heç nə olmamış kimi getdilər".

Şikayətçi sonda məsələ ilə bağlı jurnalist araşdırması aparılmasını xahiş edib.

Mövzuya qayıdacağıq.

Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR