Paşinyan orduyla üz-üzə gəldi, çevrilişə çalışan qərargah rəisi istefaya göndərildi: "Heç kim əmrimi pozmağa cəsarət edə bilməz”

img

25-02-2021 [17:14]


Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarının mitinqində Silahlı Qüvvələrin əsgər, zabit və generallarına xidməti vəzifələrinin icrası ilə məşğul olmaq əmri verib.

“Novosti Armeniya” bildirir ki, o, hərbçilərə dövlət sərhədinin və ölkənin ərazi bütövlüyünün qorunması ilə məğul olmağı tapşırıb: “Bu, mənim əmrimdir, heç kim bunu pozmağa cəsarət edə bilməz”.

N.Paşinyan deyib ki, əmrə tabe olmayan hərbçilər həbs edə bilər.

Paşinyan, eyni zamanda, ölkə prezidenti Armen Sarkisyanla telefon danışığının detallarını açıqlayıb, ona açıq xəbərdarlıq edib: "Ona dedim ki, Onik Qasparyanın (Baş naziri istefasını tələb edən Baş qərargah rəisi-Mia.az) vəzifəsindən azad olunması barədə sərəncamı imzalamalısan. Əgər yox, onda bu deməkdir ki, o, müxalifətə qoşulub?".

Paşinyan müxaliflərə də mesaj verib: "Bu gün yürüşlər keçiririb bütün aksiyaları dayandırırıq və seçkilərlə bağlı konsultasiya üçün müxalifətlə danışıqlar masasına otururuq. Ancaq sizə söz verirəm: korrupsionerlər hakimiyyətə bir daha qayıtmayacaq".

***

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 Ermənistan KİV-ləri xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o, bildirib/Report

***

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Xatırladaq ki, Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR