Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb

img

25-02-2021 [11:39]


Hacıqabulda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb.  

Məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının birgə keçirdiyi reyd zamanı COVİD-19 virusuna yoluxan şəhər sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun yaşadığı evi tərk etdiyi məlum olub.

Adı çəkilən şəxs yeri müəyyənləşdirilərək saxlanılıb və o, yaşadığı evə qaytarılıb.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırma aparılır/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR