“Facebook” Myanma hərbçiləri ilə əlaqəli hesabları bloklayıb

img

25-02-2021 [10:24]


“Facebook” şirkəti Myanma hərbçilərinin “Facebook” və "İnstaqram" sosial şəbəkələrindən istifadə etmələrinə qadağa qoyub.

“Reuters” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

“Fevralın 1-də baş verən çevrilişdən bəri baş verən hadisələr, o cümlədən ölümcül şiddət bu qadağanın tətbiq edilməsinin zərurətini sürətləndirib”, - “Facebook”dan bildiriblər.

Xatırladaq ki, fevralın 1-də Myanma hərbçiləri dövlət çevrilişi edib. Onlar ölkə rəhbərliyinin yerdəyişməsini noyabr seçkilərindəki genişmiqyaslı saxtakarlıqlarla əlaqələndiriblər. Polis ölkənin devrilmiş rəhbərliyini qanunları pozmaqda günahlandırıb. Myanmada bir il müddətinə fövqəladə vəziyyət elan edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR