Gürcüstan hökumətində daha bir istefa -  Administrasiya rəhbəri də vəzifədən getdi

img

24-02-2021 [21:48]


Gürcüstanın hökumət administrasiyasının rəhbəri Kaxaber Kemoklidze istefa verib.

Bu barədə o, feysbuk səhifəsində yazıb.

K.Kemoklidze keçmiş baş nazir Giorgi Qaxariyaya minnətdarlıq edib, yeni baş nazir İrakli Qaribaşviliyə isə uğurlar diləyib.

O, Gürcüstanın gücünün yalnız birlikdə olduğunu qeyd edib.

“Mən müvəqqəti sağollaşıram. Yenidən görüşəcəyik!”, - Kaxaber Kemoklidze yazıb/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR