"Qalatasaray" Mustafa Məhəmmədlə anlaşacaq

img

24-02-2021 [17:45]


Türkiyə "Qalatasaray"ı Misirin "Zamalek" komandasından icarəyə götürdüyü futbolçu Mustafa Məhəmmədi cari mövsümün sonunda birdəfəlik transfer edəcək.

Bu barədə İstanbul klubunun vitse-prezidenti Abdurrahim Albayrak Misirin "filgoal.com" saytına açıqlamasında deyib.

O, misirli hücumçunun ümidləri doğrultduğunu bildirib.

Qeyd edək ki, "Qalatasaray" Mustafa Məhəmmədlə 2021/2022 mövsümünün sonunadək müqavilə bağlayıb. "Sarı-qırmızılılar" 24 yaşlı forvardın keçidi üçün qarşı tərəfə 4 milyon avro təzminat ödəməlidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR