Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq - Bu tarixdən

img

24-02-2021 [17:40]


Ukrayna Beynəlxalq Hava Yolları (UIA) martın 13-dən etibarən Kiyevdən Bakıya uçuşların bərpa olunması üçün Azərbaycan hökumətindən xüsusi icazə alıb.

Bu barədə UIA-nın Mətbuat xidməti məlumat yayıb.

Aprelin sonunadək UIA Heydər Əliyev Beynəlxalq Hava Limanına həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçirməyi planlaşdırır.

Hazırda Azərbaycana yalnız ölkə vətəndaşları, Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluq işçiləri və onların ailə üzvləri, yaşayış icazəsi olan əcnəbilər və vətəndaşların yaxın qohumları giriş edə bilərlər.

Sərhədi akkreditə olunmuş laboratoriyada yola düşmədən ən uzağı 48 saat əvvəl verilmiş koronavirus testinin (PZR testi) mənfi nəticələndiyini göstərən sənədi təqdim etməklə keçmək olar/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA