Zaxarova: “Gözlərimizin qarşısında Avropa İttifaqının alçaldılması baş verir”

img

24-02-2021 [15:46]


“Xaricdən siyasi asılılıq Avropa İttifaqını (Aİ) alçaldır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Pervıy kanal”ın efirində deyib.

“Düşünürəm ki, ən azı bir-iki addım qabağa baxmaq lazımdır. Gözlərimizin qarşısında Avropa İttifaqının alçaldılması baş verir. Öz maraqlarını bu ölkələrin xalqlarının milli maraqları kimi təqdim edənlər tərəfindən Avropanın əhəmiyyətli bir hissəsinin alçaldılmasının şahidi oluruq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova qeyd edib ki, bu cür alçaldılmalar nə Aİ ölkələrinə, nə də Rusiyaya sərf edir: “Belə ki, əvvəllər Avropa İttifaqı Rusiyanın ticarət, humanitar əlaqələrin inkişafı və energetika sahəsində aktiv tərəfdaşı olub”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR