Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları birgə bəyanat yaydı: hansı qərarlar verilib? - TAM MƏTN
24-02-2021 [15:32]
Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün Birgə Bəyanat yayılıb.
Mia.az xəbər verir ki, bəyanada deyilir:
"Türkiyə Respublikası Xarici İşlər Naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra - "tərəflər") iştirakı ilə 23 fevral 2021 il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutdu.
Tərəflər,
Xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş Üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqlədilər.
İştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqlədilər.
Əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğuladılar və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.
Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlar, həmçinin Asiyanın Qəlbi-İstanbul Prosesi kimi forumlar çərçivəsində davamlı əməkdaşlığın vacibliyini qeyd etdilər.
Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.
Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixini “İslamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü” kimi qeyd etmək qərarının əhəmiyyətini vurğuladılar və bu mövzuda bütün beynəlxalq səyləri dəstəkləməyi qəbul etdilər.
Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğuladılar.
Üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini qeyd etdilər.
Ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar verdilər.
Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.
Covid-19 pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanları daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar verdilər.
Covid-19 pandemiyasının xüsusilə beynəlxalq səyahət, ticarət və nəqliyyat sahəsindəki mənfi təsirlərini azaltmaq məqsədilə pandemiyanın qarşısının alınmasında və onun sosial və iqtisadi fəaliyyətlərə təsirinin idarə edilməsində əməkdaşlıq və koordinasiyaya sadiq olduqlarını təsdiqlədilər,
Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.
“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğuladılar.
Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğuladılar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışladılar.
Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsini alqışladılar.
Mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ufadə etdilər.
İnfrastruktur layihələrinin Xəzər regionunun çiçəklənməsi və sabitliyinə töhfəsini nəzərə alaraq nəqliyyat və energetika sahələrində regional əlaqəni təmin etmək üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.
Üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğuladılar və Azərbaycandan təbii qazın artan həcmdə və Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqlədilər.
Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını məmnuniyyətlə qarşıladılar. Bu baxımdan, Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildirdilər.
Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.
Siyasi dialoq, regional və qlobal məsələlərdə davamlı əməkdaşlıq və koordinasiya məqsədilə müntəzəm olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.
Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildirdilər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaqdır".
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)