Bu gecə Bakıda -9 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq

img

24-02-2021 [12:24]


Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, prosesin ən sərt dövrü gecə müşahidə olunacaq, yollar buz bağlayacaq: "Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq".

Xidmət rəisi onu da xatırladıb ki, 2012-ci ilin qışında qeydə alınan mənfi 11 dərəcəlik şaxta ilə 1969-cu ilin rekordu təzələnmişdi: "Belə ki, 2012-ci ildə 14 gün ərzində havanın temperaturu 0 dərəcədən aşağı olub və şaxtalı keçib".


Digər xəbərlər
SON XƏBƏRLƏR