Bakıda 20 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub, ölən var - VİDEO

img

24-02-2021 [11:56]


Bakıda baş verən zəncirvarı yol qəzasında 1 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, ilkin məlumata görə, qəza nəticəsində daha 1 nəfər xəsarət alıb.

Hazırda DYP əməkdaşları hadisə yerində araşdırma aparır. 

***

Bakıda zəncirvarı yol qəzası olub.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

Mia.az APA-ya istinadla qəza baş verən ərazidən videogörüntülər təqdim edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR