Bakıda dəm qazından boğulan 5 nəfərdən 2-si tələbə imiş...

img

24-02-2021 [11:36]


Fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi olub.

Mia.az xəbər verir ki, bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib.

Onun sözlərinə görə, Ş.Allahverdiyev Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub: "Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi. Universitetin rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, 5 nəfərdən biri, Əliyev Lətif Rəşad oğlu da AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub. Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub