AFFA bu klubları cəzalandırdı

img

23-02-2021 [12:57]


AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 3 min manat məbləğində cərimələyib.

Mia.az xəbər verir ki, buna Ağdam təmsilçisinin serbiyalı futbolçusu Uroş Matiçin Premyer Liqanın XVI turunda "Sumqayıt"la qolsuz yekunlaşan matçda futbol formasında standartların pozulması səbəb olub.

Komitə "Zirə"nin müdafiəçisi Dmitrios Çantakiasa isə iki oyunluq cəza verib. O, "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Paytaxt təmsilçisi bu səbəbdən 1600 manat ziyana düşüb.

AFFA İntizam Komitəsi "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevi 1 oyunluq cəzalandırıb.

Səbəb 41 yaşlı mütəxəssisin "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçında ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasıdır. Qərara əsasən, Baxşıyev "Sumqayıt"la növbəti tur matçında texniki zonada yer ala bilməyəcək, klubu isə 800 manat cərimə ödəyəcək.

"Qəbələ" daha 800 manat cəriməni isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən ödəyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR