Bərdədə polis əməliyyatı: saxlanılanlar var
23-02-2021 [12:41]
Bərdə rayonunda cinayətkarlığa qarşı tədbirlər uğurla davam etdirilir.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif cinayətlər törətmiş şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Belə ki, fevral ayında rayon ərazisindəki müxtəlif təyinatlı mağazalardan oğurluq edilməsi barədə Bərdə RPŞ-yə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Natiq Novruzov saxlanılıb.
Araşdırmalarla onun mağazalardan müxtəlif markalı siqaretlər, içki məhsulları, danışıq kartları, lotoreyalar, noutbuk və nəğd pul oğurlamaqla 4 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Keçirilən digər tədbirlərlə rayonun Güloğlular kəndi ərazisindəki anbarların birindən dəyəri 1 400 manatdan artıq olan 3 ton arpa oğurlayan şəxs də saxlanılıb.
Araşdırmalarla onun Qaradağlı kənd sakini Bəxtiyar Məmmədov olduğu müəyyən edilib. B.Məmmədov maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Bərdə RPŞ-nin cinayətkarlığa qarşı davam etdirdiyi mübarizə tədbirləri nəticəsində Alaçadırlı kəndində həmkəndlisini döyərək 600 manat dəyərində mobil telefonu quldurluq yolu ilə talayan şəxslər də müəyyən edilib.
Belə ki, həmin cinayət əməlini Ataş Ağayev və əvvəllər məhkum edilmiş Əliş Mirzəzadənin törətdiyi məlum olub.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən daha bir tədbirlə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Qaraxanov da saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Onun üzərinə baxış keçirilən zaman 225 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib